• 24 Aprel 2024
logo
Əliyevdən tapşırıq: Türkiyəyə xilasedicilər göndərilir

Əliyevdən tapşırıq: Türkiyəyə xilasedicilər göndərilir

Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş verən zəlzələ barədə açıqlama verib.

FHN-dən Baymedia.az-a bildirib ki, bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub.