• 20 Aprel 2024
logo
Zakir Həsənov Akara başsağlığı verdi

Zakir Həsənov Akara başsağlığı verdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Baymedia.az başsağlığın mətnini təqdim edir:

"Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Allah rəhmət eləsin".