• 26 Aprel 2024
logo
Əliyev səfirliyimizə hücumun qarşısını alanları təltif etdi

Əliyev səfirliyimizə hücumun qarşısını alanları təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Baymedia.az sərəncamın mətnini təqdim edir:
2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
1-ci dərəcəli “Rəşadət” ordeni ilə
Tağıyev Vasif Natiq oğlu
“Vətən uğrunda” medalı ilə
Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)
İmanov Mahir Kamil oğlu.