• 25 Aprel 2024
logo
“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

Qüdrət Həsənquliyev: “Bəzi məmurların sanki əli gəlmir ki, dövlətin, xalqın torpağını xalqın nümayəndəsinə versin”

“Hazırda cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var. Bu da pay torpaqları deyilən kənd təsərrüfatı təyinatlı torpaqlarda insanların özləri üçün yaşayış evləri tikməsidir”.
Bunu parlamentin yaz sessiyasının plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkil iəlavə edib ki, Bakı ətrafında təqribən 400 min belə mənzilin olduğu haqda danışılır və cənab Prezident bununla bağlı göstəriş verib: “Özü də bir neçə dəfə göstəriş verib. Amma çox təəssüf ki, bu məsələ öz həllini tapmır. Bəzi məmurların sanki əli gəlmir ki, dövlətin, xalqın torpağını xalqın nümayəndəsinə versin. Mən başa düşürəm ki, xüsusi mühafizə zolaqlarında olan torpaqlar var, elektirik xətlərinin altında, su kanallarının, qaz xəttlərinin böyründə və s. Onları başa düşürəm. Amma digərləri ilə bağlı da problem öz həllini tapmır. Ümumiyyətlə, torpaqların təyinatının dəyişdirilməsi Torpaq Məcəlləsində öz əksini tapıb ki, bunu müvafiq icra hakimiyyəti orqanı həyata keçirə bilər. Amma mənə bununla bağlı müraciət ediblər. O qədər çətin prosedur müəyyənləşirilib ki, bir neçə nazirlik, icra hakimiyyətləri bununla bağlı rəy verməlidir. Sonra da gəlib Baş Nazirin stolunun üstünə çıxır. O da Baş Nazirin istəyindən asılıdır ki, rəy versin ya yox. Məsələn, mən bilirəm ki, bütün nazirliklərdən keçib gəlmiş sənəd var və sonda Baş Nazir sadəcə olaraq təyinatı dəyişmir. Bildiyimə görə, tutaq ki, bir qəsəbədə artıq torpaq sahəsi yaşayış məntəqəsinin ortasında qalıb. Orada suvarma problemi var və kənd təsərrüfatı təyinatı məqsədilə istifadə etmək mümkün deyil. Bütün ətrafdakı ərazilərin təyinatı dəyişib, amma tutaq ki, ortada qalan torpaq sahəsi dəyişdirilmir. Şübhəsiz ki, bu neqativ hallardan məlumat verir. Bunu ona görə təklif edirəm ki, bu qədər səlahiyyətlər verməyək. Bir çox məsələləri qanunla tənzimələməliyik ki, məmurlar istədiyini edə bilməsinlər. Məsələn, bunu sadələşdirmək lazımdır. Bu salahiyyətlər yerli icra hakimiyyəti orqanlarına, bir də İqtisadiyyat Nazirliyinə verilməlidir. İki qurum bu məsələni yerində həll etməlidir. Xüsusilə də əgər söhbət yaşayış məntəqələrinə bitişik, yaxud yaşayış məntəqələrinin içərisindəki torpaqlardan gedirsə. Mən əminəm ki, evlərin sənədləşdirilməsi ilə bağlı səlahiyyətlər yerli icra hakimiyyəti orqanlarına verilsəydi bu məsələ çoxdan öz həllini tapmışdı. Amma biz bunu bəzən həddindən artıq mürəkkəbləşdiririk və insanlarımız da bundan əziyyət çəkir. Ona görə də bu məsələni müvafiq icra hakimiyyəti orqanlarının diqqətinə çatdırmaq istədim”.

Əli