• 28 Mart 2024
logo
İran bizə müharibə elan edib – Fəzail Ağamalı

İran bizə müharibə elan edib – Fəzail Ağamalı

Biz İrana güzəştə getməməliyik. Çünki İran 30 ildir ki, Azərbaycana qarşı bütün kartlarını açıb.
Baymedia.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, İran bizə qarşı müharibə elan edib və biz də müharibəyə uyğun davranışımızı ortalığa qoymalıyıq.
Deputat həmçinin təklif edib ki, Azərbaycan-İran paralamentlərarası dostluq qrupu fəaliyyətini dayandırsın.