• 21 İyun 2024
logo
Haaqada Bakı və İrəvan arasında məhkəmə başlayır

Haaqada Bakı və İrəvan arasında məhkəmə başlayır

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan və Azərbaycan arasında prosessual dinləmələr başlayacaq.
Baymedia.az xəbər verir ki, “Ermənistan Azərbaycana qarşı” ilk dinləmə bu gün Bakı vaxtı ilə saat 13:00-dan 15:00-a kimi və 19:00-dan 21:00-a kimi keçiriləcək.
Yanvarın 31-də isə Bakı vaxtı ilə saat 13:00-dan 15:00-a kimi və 19:00-dan 21:00-a kimi “Azərbaycan Ermənistana qarşı” dinləmə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.