• 21 İyun 2024
logo
Xələfov: İrandan tələbimiz odur ki...

Xələfov: İrandan tələbimiz odur ki...

Bu hadisə baş verəndən sonra biz öncə İran səfirini nazirliyə dəvət etmişik. Hadisə ilə bağlı əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin mövqeyini və tələblərini İranın ölkəmizdəki səfirliyinin nəzərinə çatdırmışıq.
Baymedia.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir”, - Xələf Xələfov qeyd edib.