• 23 İyun 2024
logo
Azərbaycan səfirliyinə edilən hücum... - Radev

Azərbaycan səfirliyinə edilən hücum... - Radev

Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücumu pisləyir.

Baymedia.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Tvitterdə yazıb.

"Belə hücumlar qəbuledilməzdir. Hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı veririk", - prezident bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.