• 25 Aprel 2024
logo
Zaxarova: Səmimi olsaydınız, Bakı ilə razılaşardınız

Zaxarova: Səmimi olsaydınız, Bakı ilə razılaşardınız

Biz AB ekspertlərinin “Ermənistan-Azərbaycan sərhədi bölgəsindəki vəziyyətə nəzər salmasından” əlavə qiymətləndirmə görmürük. Əgər Brüssel həqiqətən də səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyasının fəaliyyət şərtlərini razılaşdırardılar.
Baymedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“AB-nin nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini sıxışdırıb çıxarmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vurmağa qadirdir. Biz əminik ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində yerləşdirilən Rusiya sərhədçiləridir. Onlar yerlərdə vəziyyətin inkişafını nəzərə alaraq, AB müşahidəçilərinin davranışına reaksiya verəcəklər. Qeyd edirik ki, İrəvanda KTMT ilə bağlı işləri məntiqi sona çatdırmadan AB-nin xeyrinə seçim etməyə üstünlük veriblər. Əgər erməni müttəfiqlər hələ də KTMT-nin potensialı ilə maraqlanırsa, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, - deyə sözçü bildirib.