• 19 Mart 2024
logo
İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı

14:11
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 755-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Baymedia.az fərmaın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.22-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 20.0.22-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 20.0.22-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.22-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 755-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 767-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.23-cü (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 20.0.23-cü (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 20.0.23-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.23-cü maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 767-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521; 2022, № 1, maddə 19, № 5, maddə 474) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-1-ci bənddə “və 20.0.21-ci” sözləri “, 20.0.21-ci, 20.0.22-ci (hər iki halda) və 20.0.23-cü (hər iki halda)” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 3.2-1-ci və 3.5-1-ci bəndlər əlavə edilsin:
“3.2-1. həmin Qanunun 20.0.22-ci (ikinci halda) və 20.0.23-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
“3.5-1. həmin Qanunun 20.0.22-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;
3.3. 3.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.9-cu bənd əlavə edilsin:
“3.9. həmin Qanunun 20.0.23-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.”