• 1 Fevral 2023
logo
Bayramov Şimali Kiprin XİN başçısı ilə görüşdü

Bayramov Şimali Kiprin XİN başçısı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu ilə görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə T.Ərtoğruloğlu Tvitterdə yazıb.

“Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli müzakirə apardıq. Şimali Kipr xalqına verdiyi dəstəyə görə ona təşəkkür edirəm”, - nazir bildirib.

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. C.Bayramov toplantıda iştirak edib.