• 25 Aprel 2024
logo
İrəvanla Bakı sülh sazişinin yalnız bu bəndinə razılaşıb

İrəvanla Bakı sülh sazişinin yalnız bu bəndinə razılaşıb

Bakı və İrəvan sülh sazişinin yalnız bir bəndi ilə bağlı razılıq əldə edib – bu, Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulmasıdır.
Baymedia.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Sülh sazişinin digər bəndləri ilə bağlı heç bir dəqiq razılaşma yoxdur”, - o bildirib.
O, Qarabağ, sərhədin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması və humanitar məsələlərlə bağlı müzakirələrin davam etdiyini əlavə edib.
Qriqoryan vurğulayıb ki, bütün bu məsələlərlə bağlı Ermənistanın mövqeyi hər kəsə aydındır.