• 3 Fevral 2023
logo
Akardan xəbərdarlıq: Azərbaycana qarşı təxribatlar...

Akardan xəbərdarlıq: Azərbaycana qarşı təxribatlar...

Dostumuzu birlikdə dost görür, düşmənimizi yenə birlikdə düşmən bilirik.

Baymedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə keçirilən birgə hərbi təlimlərini izləyərkən deyib.

O bildirib ki, Türkiyə və Azərbaycana qarşı təxribatların haradan, kimdən gəlməsindən asılı olmayaraq, hər iki tərəfə istiqamətlənmiş kimi qəbul edilir:

“Buna heç kimin şübhəsi olmasın. Hər cür təhdid və təhlükəyə qarşı birlikdə (Azərbaycanla - red.) mübarizə aparacağıq”.

Nazir vurğulayıb ki, bütün dünya iki ölkənin qardaşlığını 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqların azad olunması zamanı gördü:

“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. 20 illik əzmkarlığın, qətiyyətin nəticəsində əldə edilən zəfər sayəsində regionda uzun illərdən sonra sabitlik təmin olundu”.