• 29 Mart 2024
logo
Səfirimizin 2-3 dostu da yoxdur? - Deputat

Səfirimizin 2-3 dostu da yoxdur? - Deputat

Biz ötən dəfə Fransa Senatının, Milli Assambleyasının yarıtmazlığını ortaya qoyduq, kifayət qədər sərt reaksiyamızı göstərdik. Amma hesab edirəm ki, öz yarıtmazlığımızı da unuduruq. Necə ola bilər ki, bir parlamentdə 256 nəfər əleyhimizə səs verir. Biz 30 ildir ki, müstəqilik, 30 ildir ki, orada diplomatik korpusumuz fəaliyyət göstərir. Söhbət təkcə Fransadan getmir. Eləcə də Almaniya, Belçika və digər ölkələr. Səfirimizin 2-3 dostu da yoxdur? Hamısı erməni təsirində ola bilməz. İnsanlar bəzən qabiliyyətsizliyinə görə irəli çəkilir.
Baymedia.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
“Azərbaycanın elə ölkələrdə səfirləri var ki, onun sözünü həmin ölkənin prezidenti, baş naziri eşidir. Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi də nəzərə alınmalıdır. Xaricdə Azərbaycanı tanıtmağa xeyli pul ayrılır. Buna ehtiyac yoxdur, prezident ən yüksək səviyyədə ölkəni tanıdır. Ayrı-ayrı ölkələrdə olan səfirlərimiz şəxsi münasibətlər qurmağa, dost qazanmağa çalışmalıdır. Başqalarını qınamaqda haqlıyıq, amma özümüzlə bağlı məsələni də açıq deməliyik ki, gələcəkdə belə hallarla üzləşməyək”, - deputat bildirib.