• 3 Fevral 2023
logo
İrəvan Qarabağı tanıya bilməz - Ağazaryan

İrəvan Qarabağı tanıya bilməz - Ağazaryan

Bu gün Ermənistanın Qarabağın müstəqilliyini tanıması yanlış olardı.
Baymedia.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Ovik Ağazaryan deyib.
“Bunu erməni müxalifəti də dərk edir. Əgər Ermənistan Qarabağın müstəqilliyni tanısa, həm danışıqlar prosesinə, həm də onu dəstəkləyən ölkələrə narahatlıq yaradacaq. Bu, Azərbaycanla deyil, vasitəçilərlə danışıqlar prosesini bağlayacaq”.