• 28 Mart 2024
logo
Dəfn edilən MQ-nin üzvü erməni yanğısı ilə deyir ki…

Dəfn edilən MQ-nin üzvü erməni yanğısı ilə deyir ki…

Fransanın mövqeyi 30 ildir ki, ortadadır. Onlar dəyişməyib. Biz də buna uyğun davranmalıyıq.
Baymedia.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Komitə sədri ad çəkmədən ötən gün açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrovun fikirlərini də tənqid edib:
“Dəfn edilən Minsk Qrupunun digər üzvü o boyda dövlətin marağından deyil, içərisində olan erməni yanğısından danışıb. Deyib ki, o vaxt belə təklif edirdik, qəbul etmədiniz… Sən niyə deyirsən ki, Qarabağın statusu gələcəyə saxlansın? Bəli, Soçidə bunu etmək istəyirdiniz, amma Azərbaycan Prezidentinin qətiyyəti sayəsində olmadı, suyu süzülə-süzülə oranı tərk etdiniz. Cənab Prezident bəyan edib ki, status məsələsi yoxdur.
Deyir, onlar nəyi müzakirə edirlər, xəritələr bizdədir. Xəritələr sizdədirsə, çıxarın, qoyun ortaya”.
Siyavuş Novruzov bildirib ki, Milli Məclisin dostluq qrupıları fəal olmalıdır:
“Sabah Rusiyanın parlamentindən qərar gələndə deməməliyik ki, təəssüf edirik. Hər bir addıma ciddi şəkildə cavab verməliyik. Azərbaycan müstəqil dövlətdir və onun işinə qarışmağa heç kimin haqqı yoxdur”.