• 20 Aprel 2024
logo
Naxçıvanda ləğv edilməli dövlət qurumları

Naxçıvanda ləğv edilməli dövlət qurumları – Siyahı

Xəbər verdiyimiz kimi, bir müddətdir Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında antikorrupsiya əməliyyatları aparır.

Baymedia.az xəbər verir ki, aparılan əməliyyat nəticəsində Naxçıvan Maliyyə Nazirliyi və Gömrük Komitəsində aşkarlanan külli miqdarda (144 və 132 milyon manat) yeyinti faktının aşkara çıxmasından sonra Gömrük Komitəsi ləğv edilib və onun bazasında mərkəzə tabe olan baş idarə yaradılıb.

Onu da bildirək ki, Naxçıvan özünün Konstitusiyası, Nazirlər Kabineti və Ali Məclisi olan muxtar respublikadır.

Naxçıvan konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Hazırda DTX və Gömrük Komitəsi ləğv olunub, onların bazasında mərkəzə tabe baş idarələr yaradılıb.

Nazirlər Kabinetinə daxil olan qurumların siyahısını təqdim edirik:

Nazirliklər

Daxili İşlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Ədliyyə Nazirliyi

Maliyyə Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Gənclər və İdman Nazirliyi

İqtisadiyyat Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyi

Mədəniyyət Nazirliyi

Rabitə və Yeni Texnologiyalar Nazirliyi

Səhiyyə Nazirliyi

Təhsil Nazirliyi

Komitələr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Dövlət Statistika Komitəsi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Xidmətlər

Dövlət Nəqliyyat Xidməti

Dövlət Energetika Xidməti

Dövlət Miqrasiya Xidməti

Dövlət Sığorta Xidməti

Xarici Kəşfiyyat Xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Agentlik

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi

Medianın İnkişafı Agentliyi

Departament

Dövlət Turizm Departamenti