• 3 Fevral 2023
logo
Spiker: Elə danışırsınız ki, sanki skuter sürürsünüz

Spiker: Elə danışırsınız ki, sanki skuter sürürsünüz

Bu gün şəhərdə skuterlərdən istifadə olunur və onları idarə edənlərin bəziləri yol hərəkəti qaydalarına əməl etmirlər.

Baymedia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında deyib.

"Skuterlərin sürəti saatda 60 km-dir. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının vurulması məcburiyyəti yaranıb. Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda skuterlər artan templə yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.

Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə “Şahin müəllim, skuterin sürətinin göstəricisi var? Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz” deyərək münasibət bildirib.