• 19 Mart 2024
logo
“Bir çox hallarda işçi qrupun üzvləri konstitusiyanın əsas tələblərinə diqqət yetirmirlər”

“Bir çox hallarda işçi qrupun üzvləri konstitusiyanın əsas tələblərinə diqqət yetirmirlər”

Qüdrət Həsənquliyev: “Halbuki istənilən qanun layihəsi hazırlananda əsas diqqət konstitusiyaya yönəlməlidir”

“Mən bir neçə təklif vermişdim. Amma biz hörmətıi Əli Hüseynli ilə bu məsələlərlə bağlı müakirə apardıq. Hazırda 5.3-cü maddəyə münasibət bildirmək istəyirəm. Əvvəllər də demişəm ki, bizdə qanun layihələri hazırlananda bir çox hallarda işçi qrupun üzvləri konstitusiyanın əsas tələblərinə əməl etmirlər, diqqət yetirmirlər. Halbuki istənilən qanun layihəsi hazırlananda əsas diqqət konstitusiyaya yönəlməlidir”.
Baymedia.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Parlamentin hüquq siyasəyi və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin pleanar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü hissəsində qeyd olunur ki, Azərbaycanda 4 halda insan hüquq və azadlıqları qismən, həm də müvəqqəti məhdudlaşdırıla bilər: “Bu dörd haldan biri fövqəladə vəziyyət zamanıdır. İkincisi müharibə vəziyyəti, üçüncüsü hərbi vəziyyət və səfərbərlik elan olunduqda. Yəni bu hallarda insan hüquqları məhdudlaşdırıla bilər. Ölkədə epidemiya olduğu təqdirdə isə mütləq fövqəladə vəziyyət elan olunmalıdır. Bu da konstitusiyanın 112-ci maddəsinin tələbidir. Mən əvvələr də bu məsələni qaldırmışam. Düzdür Azərbaycanda karantin rejimi elan olundu. Karantin rejimini elan etmiş Operativ Qərargahın statusu bəlli deyildi. Aydın deyildi ki, onun hansı səlahiyyətləri var. Bu, kim tərəfindən yaradılıb? Bu günə qədər də bəlli deyil ki, Prezident, Nazirlər Kabineti yaradıb, yaxud Baş Nazir öz qərarı ilə yaradıb? Sadəcə mətbuatda deyildi ki, Operativ Qərargah yaradılıb. Onun üvləri kimlərdir, sədri kimdir, bu günə qədər bəlli deyil. Baxmayaraq ki pandemiya iki ildən artıq davam edib, bu gün isə bitmiş hesab eləmək olar. Ona görə mən, əvvəllər də bildirmişdim, 5.3-cü maddədə yazılır ki, fövqəladə və yaxud hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin elan edilməsi müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır. Amma bu burada yazılmalı, yaxud bir göndərici norma olmalı idi. Yazılmalı idi ki, konstitusiyanın 71-ci maddəsinin 3-cü hissəsində göstərilən hallarda, yəni insan hüquqlarının məhdudlaşdırılması ombudsmanın hər hansı bir hüququnu məhdudlaşdırmır, bu ombudsmana şamil olunmur. Bununla da məsələ bitməli idi. Amma burada, ümumiyyətlə isə bu gün, qanunvericilikdə sanitariya, gigiyena və karantin rejimi deyilən bir şey yoxur. Yəni bunun hüquqi rejimi hər hansı bir rəsmi normativ hüquqi aktla bəlli deyil. Belə olmadığı halda biz bunu bu formada konstitusiya qanununa bu formada daxil etməyimiz dügün deyil. Mən bu məsələni qaldırmışdım. Amma çox təəssüf ki, görünür hörmətli Əli Hüseynli bunu razılaşdıra bilməyib. İndi bir daha bu məsələni qaldırıram ki, bunu 3-cü oxunuşa qədər biz bu məsələni kim ki, qanunvericilik təşəbbüsü ilə çıxış edib, onların qarşısında qaldıraq və bunu konstitusiyaya uyğunlaşdıraq”.

Əli