• 24 Aprel 2024
logo
Britaniyanın Zəngəzur dəhlizi planı... – Erməni politoloqdan şok

Britaniyanın Zəngəzur dəhlizi planı... – Erməni politoloqdan şok

Zəngəzur dəhlizi Britaniyaya da lazımdır.
Baymedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Daniyelyan deyib.
“BP Azərbaycanın neft sferasına, təxminən, 80 milyard dollar investisiya qoyub. Buna Britaniyanın Mərkəzi Asiyadakı investisiyalarını da əlavə edin. Buna görə də Britaniyaya Rusiya və İran ərazisindən enerji daşıyıcılarını nəql etmək üçün türk dünyasını iqtisadi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi lazımdır. Britaniyanın planlarına Fransa müqavimət göstərməyə çalışır. Xüsusilə Fransa-İngiltərə rəqabəti Britaniyanın AB-dən çıxmasından sonra daha da kəskinləşib və indi Paris Londona cavab zərbəsi vuraraq Azərbaycan enerji resurslarının Avropaya çatdırılmasına mane olmağa çalışır. Buna görə də Fransa Senatı aktivləşib”, – o bildirib.