• 3 Fevral 2023
logo
İrəvan Bakının sülh təkliflərinə cavab verdi

İrəvan Bakının sülh təkliflərinə cavab verdi

Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.
Baymedia.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Mirzoyan qeyd edib ki, rəsmi İrəvan Bakı ilə tezliklə konsensusa nail olmağa ümid edir.
O söyləyib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər:
"Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”.
Eyni zamanda, o bildirib ki, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.