• 19 Mart 2024
logo
Makey Azərbaycanın dostu idi

Makey Azərbaycanın dostu idi - Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

Baymedia.az xəbər verir ki, bu barədə XİN rəhbəri Tvitter hesabında paylaşım edib.

“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarus vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - Bayramov qeyd edib.