Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək.
Baymedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Tvitter hesabında bildirilib.
"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", - deyə məlumatda qeyd edilir.