• 10 Dekabr 2023
logo
Ordumuz Xocalıda traktoru atəşə tutub? - MN

Ordumuz Xocalıda traktoru atəşə tutub? - MN

Azərbaycan Ordusu Xocalıda traktora atəş açmayıb.
Bu barədə Baymedia.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumatlar yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.