• 1 Mart 2024
logo
Sülh istəyirəm, ancaq ortada sənəd yoxdur

Sülh istəyirəm, ancaq ortada sənəd yoxdur

Hələlik Azərbaycanla danışıqlar masasında heç bir sülh sənədi yoxdur.
Baymedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Hər hansı sənəd yoxdur. Yüzlərlə təklif, fikir var. Danışıqlar masasında isə sənəd yoxdur”, - Simonyan bildirib.
İlin sonuna kimi sülh müqaviləsinin bağlana biləcəyilə bağlı suala Simonyan belə cavab verib:
“Mən də sülh müqaviləsinin tez bir zamanda imzalanmasını istəyirəm”.