• 1 Mart 2024
logo
İrəvana buna görə təzyiq göstərilməlidir!

İrəvana buna görə təzyiq göstərilməlidir!

Dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir.
Baymedia.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ermənistanın Üçtərəfli bəyanat və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini nəhayət Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, mina təmizləmə fəaliyyəti istiqamətində əməkdaşlıq etməsi və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir.
Bildirilib ki, bu addımlar bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə töhfə verəcək.