• 27 İyul 2024
logo
Bu layihəni "cəbhə"yə çevirməyə çalışırlar - Deputat

Bu layihəni "cəbhə"yə çevirməyə çalışırlar - Deputat

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul edildikdən sonra bəziləri görəcək ki, sənəd hansısa partiyanı ləğv etmək məqsədi daşımır.
Baymedia.az xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.
O deyib ki, qanun layihəsi yeni çağırışlara uyğundur və Venesiya Komissiyasının təkliflərinə əsaslanır:
“Bəziləri isə yeni qanun layihəsini az qala, Azərbaycan-Ermənistan cəbhəsinə çevirməyə çalışır. Qanun layihəsi qəbul edildikdən sonra, görəcəklər ki, məqsəd hansısa partiyaya qarşı deyil”.