• 27 İyul 2024
logo
Ərdoğanın ardınca Abdullahian da Zəngəzura gəlir

Ərdoğanın ardınca Abdullahian da Zəngəzura gəlir

İranın Ermənistanın Zəngəzur mahalında Baş Konsulluğu sabah açılacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, 21 oktyabrda baş tutacaq açılış mərasimində İran XİN başçısı Hüseyn Əmir Abdullahian və erməni həmkarı Ararat Mirzoyan iştirak edəcək.

Qeyd edək ki, bu gün Zəngilanda Beynəlxalq Hava limanının açılışında qardaş Türkiyənin lideri R.T.Ərdoğan şəxsən iştirak edib.

Abdullahianın İrəvana səfəri isə bu gün başlayacaq.