• 1 Mart 2024
logo
Edillidəki məzarlıqla bağlı Avropaya müraciət edildi

Edillidəki məzarlıqla bağlı Avropaya müraciət edildi

Azərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Baymedia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov deyib.
O bildirib ki, nəticə barədə danışmaq hələ tezdir:
"Amma müvafiq qurumlar məlumatlandırılıb".
Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkarlanmışdı.