• 27 İyul 2024
logo
“Millətin bir yerdə olması, Azərbaycanın dövlət başçısını dəstəkləməsi çox vacibdir” - Vahid Əhmədov

“Millətin bir yerdə olması, Azərbaycanın dövlət başçısını dəstəkləməsi çox vacibdir” - Vahid Əhmədov

“Azərbaycanın müstəqilliymizi qazandıqdan sonra 31 ildə ən böyük uğuru torpaqlarımzın işğaldan azad edilməsi olub”. Baymedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib: “Görülən bütün işlər ona gətirib çıxardı ki, Azərbaycan demək olar ki, bütün torpaqlarını işğaldan azad etdi. Hesab edirəm ki, uğurun ən böyük səbəbi Azərbaycan xalqının dövlət başçısını dəstəkləməsi və birliyi oldu. Bu birliyə yenə də ehtiyac var. Qonşularda, İranda baş verən siyasi hadisələr, Türkiyədə milli valyutanın kəskin ucuzlaşması, Ukrayna hadisələri göstərir ki, bu gün millətin bir yerdə olması Azərbaycanın dövlət başçısını dəstəkləməsi çox vacibdir. Ona görə də, milləti yendiən dövlət başçısınını yanında olmağa çağırıram”.

Əli