• 5 Mart 2024
logo
Azərbaycana qarşı vuruşan muzdluların kimliyi...

Azərbaycana qarşı vuruşan muzdluların kimliyi...

Ermənistan birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı muzdlulardan istifadə edib.
Baymedia.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2020-ci il oktyabrın 11-də ermənilərin Gəncəni raket zərbəsinə tutması nəticəsində dağılan ərazini ziyarət edərkən deyib.
Baş prokuror bildirib ki, ermənilər daim döyüşlərdə muzdluları öz tərəfinə cəlb edib:
"İkinci Qarabağ müharibəsində də onlar tərəfdən muzdluların iştirakına dair bizdə konkret faktlar var. Həmin muzdluların şəxsiyyəti də bəllidir. Biz muzdluların vətəndaşı olduğu ölkələrə gizli yardım haqqında vəsatətlər göndərmişik və bu sahədə işlərimizi davam etdiririk".