• 1 Mart 2024
logo
Diplomatik pasportu olanlar bu ölkəyə vizasız gedəcək

Diplomatik pasportu olanlar bu ölkəyə vizasız gedəcək

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə məsələyə baxıb.
Baymedia.az xəbər verir ki, sənədi deputat Elman Nəsirov təqdim edib.
O qeyd edib ki, sazişə əsasən diplomatik pasporta malik şəxslər viza tələbindən azad edilir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.