• 19 Mart 2024
logo
Millət vəkilindən Ərdəbil imam-cüməsinə ilginc cavab: “Ağlı nə kəsir, onu danışır”

Millət vəkilindən Ərdəbil imam-cüməsinə ilginc cavab: “Ağlı nə kəsir, onu danışır”

"Mən bir dəfə də söyləmişdim ki, Həsən Amilinin yumor hissi çox güclüdür. Yəqin ki, o, ya növbəti zarafatını edib, yaxud yeni lətifə danışıb". Ovqat.com xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev ötən cümə xütbəsində Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanla əlaqədar dilə gətirdiyi fikirləri şərh edərkən deyib. Xatırladaq ki, imam-cümə 31 dekabr 1989-cu il tarixində heç nə olmadığını və sərhəd hərəkatının 19 gün sonra baş verdiyini bildirmişdi. İranın azərbaycanlı "legionerləri" isə İran ali dini rəhbəri Xamaneinin Ərdəbildəki nümayəndəsinin bu sözlərini əldə rəhbər tutaraq, 19 yanvarı – yəni Qanlı Yanvar matəmindən bir gün əvvəli Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdilər. Bir növ, matəm gününə toy-bayramla girməyi məsləhət bilmişdilər.