• 4 Mart 2024
logo
Hacıyevdən Edillidəki məzarlıqla bağlı paylaşım

Hacıyevdən Edillidəki məzarlıqla bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.
Baymedia.az xəbər verir ki, H.Hacıyev bu barədə Tvitter hesabında yazıb.
“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini açıqlamaqdan imtina edir”, - prezidentin köməkçisi bildirib.