• 29 Mart 2024
logo
Leyla Abdullayeva Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım etdi

Leyla Abdullayeva Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım etdi

Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqıa bağlı tviterdəki paylaşımında deyilir.
“Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, - Leyla Abdullayeva qeyd edib.