• 28 Mart 2024
logo
Bakının İrəvandan tələbi: Sərhəd 1919-cu il xəritəsi ilə...

Bakının İrəvandan tələbi: Sərhəd 1919-cu il xəritəsi ilə...

Azərbaycan Ermənistan qarşısında beş əsas tələb qoyur. Bakı Qarabağdakı separatçı “ordu”nun buraxılmasını; Qarabağı heç bir status olmadan Azərbaycanın bir hissəsi kimi tanımağı; Zəngəzur dəhlizinin açılmasını; 1919 və ya 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesinin başladılmasını (konkret hansı xəritədən söhbət getdiyi məlum deyil); itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini tələb edir.
Baymedia.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalıdır.