• 26 Aprel 2024
logo
Klaar fikrini dəyişdi: Ermənilər cinayət edib!

Klaar fikrini dəyişdi: Ermənilər cinayət edib!

Bu gün mənə bir neçə video göndərdilər. Həmin videolarda azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlər yer alır.
Baymedia.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter səhifəsində yazıb.
“Onların da araşdırılması və əsl günahkarların məsuliyyətə cəlb edilməsi lazımdır. Münaqişə hər iki tərəfdə dərin yaralar qoyub və onları sağaltmaq üçün cavabdehlik lazımdır”, - o bildirib.
Qeyd edək ki, Toivo Klaar Azərbaycan əsgərlərinin erməni əsgərlərini güllələdiyi səhnəsi ilə bağlı video ilə bağlı paylaşım etmiş, bu videonun həqiqiliyi sübut ediləcəyi halda, cinayətkarların cəzalanmasını istəmişdi.
Bu fikrinin ardınca Klaarın növbəti tvit paylaşması isə onun erməni vəhşiliyi haqda görüntüləri əldə etməsindən xəbər verir.
T.Klaarın bu mövqeyinə erməni mediası etirazlara başlayıb. Ermənilərin fikrincə, erməni vəhşilikləri və meyit üzərində işgəncə aparmaları tənqid edilməməlidir, ancaq döyüş anında Azərbaycan əsgərinin erməni əsgəri güllələməsi ittiham edilməlidir.