• 1 Mart 2024
logo
Bakının tələbi: Ermənistan ordusu tam şəkildə…

Bakının tələbi: Ermənistan ordusu tam şəkildə…

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Cenevrədə baş tutan görüşündə Ceyhun Bayramov Bakının prinsipial mövqeyini qarşı tərəfə çatdırıb.
Baymedia.az xəbər verir ki, bu barədə görüşlə bağlı XİN-in yaydığı məlumatda əks olunub.
Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.