• 28 Mart 2024
logo
İran xalqı ilə həmrəyik – İsrail səfiri

İran xalqı ilə həmrəyik – İsrail səfiri

Bu gün biz İran xalqı ilə həmrəyik.
Baymedia.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Roş ha-Şana bayramı (yəhudilərin Yeni ili) münasibəti ilə özünün Tvitter hesabında yazdığı təbrikində bildirib.
“Şana Tova! Azərbaycandakı və dünyadakı bütün dostlarımızın Yeni ili mübarək! 5783 il əvvəl ilk insan yaradılmışdır. Bu gün biz qeyd etdiyimiz dəyərlər - insanlıq, bərabərlik və azadlıq uğrunda mübarizə aparan İran xalqı ilə həmrəyik”, - deyə o bildirib.
Qeyd edək ki, yəhudi təqviminə görə, Tişri ayının ilk günündə qeyd olunan Roş ha-Şana bayramı bu il 26 sentyabra təsadüf edir. Bir-birini “Şana Tova” (“Sizə yaxşı bir il olsun”) təbriki ilə başlayan bayramda adət üzrə hədiyyə mübadiləsi aparılır, uzaqda yaşayanlara isə açıqcalar və bağlamalar göndərilir.