• 7 Dekabr 2022
logo
Volodin Sahibə Qafarovanı Moskvaya dəvət etdi

Volodin Sahibə Qafarovanı Moskvaya dəvət etdi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Moskvaya dəvət edib.
Baymedia.az xəbər verir ki, bu barədə Vyaçeslav Volodin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
“Bu gün ünsiyyət qurmaq fürsətinə, Azərbaycana səfərə dəvətə görə təşəkkür edirəm. Və təbii ki, ilin sonuna qədər sizi cavab səfəri ilə öz ölkəmizdə gözləyirik. Əgər bunu mümkün hesab etsəniz, biz çox şad olarıq”, - Volodin bildirib.
O vurğulayıb ki, parlamentlərarası əməkdaşlığın yeni formatlarının müzakirəsi düzgün olardı:
“Hazırlanmış müqavilənin imzalanmasını başa çatdırmaq üçün sizi Rusiyada gözləyirik. Bunu rəsmi səfəriniz zamanı imzalamaq düzgün olardı ki, parlamentlərimiz dövlət başçıları səviyyəsində qəbul edilən qərarların həyata keçirilməsində iştirak etsinlər”.