• 28 İyun 2022
logo
“Dialoq nəticəsində bir zamanlar əlçatmaz görünən irəliləyişlərə nail olunub”

“Dialoq nəticəsində bir zamanlar əlçatmaz görünən irəliləyişlərə nail olunub”

Elçin Mirzəbəyli: “Ən önəmli məqamlardan biri də zaman keçdikcə siyasi partiyalar arasındakı münasibətlərin sağlamlaşmasıdır”

Elşad Musayev: “Bu görüşlərin təməli Prezident Administrasiyasında yeni yaranmışsiyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi tərəfindən qoyuldu”

Məhəmməd Əsədullazadə: “İqtidar-müxalifət dialoqu alternativ fikrin inkişafına müsbət təsir edir”

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev son günlər artıq 7 siyasi partiya rəhbəri ilə görüşüb və bu görüşlər davam etməkdədir. Bu görüşlərin, iqtidar-müxalifət dialoqunun Azərbaycanın ictimai-siyasi mühitinə hansı müsbət təsirləri var?

Siyasilər xalqcəbhəsi.az-ın suallarını cavablandırıb...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, siyasi partiyalar və onların formalaşdırdığı siyasi plüarizm sistemi cəmiyyətin siyasi mədəniyyətinin əsas göstəricilərindən biri və bəlkə də birincisidir. Onun fikrincə, çoxpartiyalı sistem cəmiyyətinhakimiyyət-şəxsiyyət, vətəndaş-dövlətmünasibətlərini çərçivəyə salmağa çalışan sərtmərkəzçilik və bürokratiya üzərindəkinəzarətinin qorunub saxlanılmasına xidmət edənəsas mexanizmdir və məhz bu baxımdan, müasir dünyada ictimai-siyasi münasibətlərsistemini, vətəndaş cəmiyyətini və dövlətinstitutlarını çoxpartiyalı sistem olmadantəsəvvür etmək mümkün deyil: “Siyasipartiyalar digər vətəndaş cəmiyyətiinstitutlarından fərqli olaraq, ikili təbiətəmalikdir. Onlar eyni zamanda həm vətəndaşcəmiyyətinin, həm də dövlət idarəçiliyimüxanizminin vacib elementləri funksiyasınıyerinə yetirirlər. Məhz bu xüsusiyyətlər də siyasi partiyaların ictimai maraqların dövlət instutlarına daşınmasına, dövlətlə cəmiyyət arasında özünəməxsus körpü rolunuoynamalarına imkan verir.

Sevindirici haldır ki, son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində siyasi partiyaların ölkənin ictimai-siyasihəyatındakı rolu artmaqdadır. Bu isə öznövbəsində vətəndaş cəmiyyəti institlarının paralel şəkildə inkişafına zəmin yaradır, birininönə, digərinin isə arxa plana keçməsinə imkanvermir”.

Elçin Mizəbəyli əlavə edib ki, Azərbaycandakı əksər siyasi qüvvələrin milli maraqlarımızla bağlı olan bütün məsələlərdə vahid mövqedən çıxış etməsi, ölkədə sivil və etimadlı siyasi münasibətlərin qurulması, siyasi mədəniyyətin formalaşdırılması, çoxpartiyalı sistemin inkişafı istiqamətində islahatların davam etdirilməsi prosesin bundan sonra da uğurla irəliyə doğru aparılacağınə düşünməyə əsas verir: “Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin 2020-ci ilin əvvəlindən siyasi partiyalarla apardığı dialoq siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı rolunun artırılması istiqamətində mühüm və bir zamanlar əlçatmaz görünən irəliləyişlərə nail olunub.

Ən önəmli məqamlardan biri də zaman keçdikcə siyasi partiyalar arasındakı münasibətlərin sağlamlaşması, siyasi dialoq mədəniyyətinin inkişaf etməsi, dövlətçi təfəkkürün siyasi demaqoqiyanı üstələməsidir”.

Dövlətçilik və milli məsələlərdə vahid mövqe

Böyük Azərbaycan Partiyasının sədri (BAP) Elşad Musayev isə diqqətə çatdırdı ki, Prezident Adminstrasiyasında (PA) siyasi partiya rəhbərləri ilə şöbə müdiri Ədalət Vəliyevin görüşləri davam edir. Onun sözlərinə görə, Bu görüşlərin təməli 2020-ci ilin yazından PA-da yeni yaranmış siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi tərəfindən qoyuldu: “Görüşlər siyasi partiyalarla hakimiyyət arasında dialoqun yaranmasına, həddən artıq gərgin olan münasibətlərin yumşaldılmasına xidmət etdi və indi də bu fəaliyyət daha da dərinləşir. Fikrimcə indiyədək olan fəaliyyəti tərəflər arasındakı birinci dövrə adlandırmaq olar. Bu dövrəni uğurlu hesab etmək olar. Bu müddət həm də 44 günlük Vətən müharibəsini əhatə edir. Vətən müharibəsində hakimiyyətlə siyasi partiyaların vahid mövqedən çıxış etmələrini xüsusi qeyd etmək lazımdır. İndi həm təmasların, həm də dialoqun ikinci mərhələsi başlayır. Biz istər islahatlarla, istər problemlərlə bağlı öz təkliflərimizi veririk, dövlətçilik və milli məsələlərdə hakimiyyət və müxalifətin vahid mövqedən çıxış etməsini vacib hesab edirik. Düşünürəm ki, məhz bu yanaşma ölkədə dialoq mühitinin inkişaf etməsinə, fərqli mövqelərin eşidilməsinə xidmət edəcək”.

Alternativ fikrin inkişafı

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, iqtidar müxalifət dialoqu daima cəmiyyətin siyasi inkişafı baxımından mütləqdir və bu proses davamlı aparılmalıdır: “İki ildir ki, iqtidar bu istiqamətdə davamlı addımlar atır. Milli Cəbhə partiyası olaraq biz də bu dialoq formatında iştirak edirik. Hesab edirəm ki, bu proses davamlı olmalıdır. Dialoq diyasi sabitlik deməkdir və Azərbaycan üçün bu mütləqdir. İqtidar-müxalifət dialoqu cəmiyyətin, dövlətin sütunlarını möhkəmləndirir və bu istiqamətdə partiyalar da inkişaf edir. Siyasi partiyalar üçün seçkidə bərabər şərait yaradılmali və onlara efir verilməlidir. Son aylarda biz bunun şahidi oluruq. Bu da alternativ fikrin inkişafına müsbət təsir edir”.

Əli Zülfüqaroğlu