• 23 Aprel 2024
logo
Rusiyanın Baş Qərargah rəisi sülhməramlıların Qarabağda fəaliyyətindən danışıb

Rusiyanın Baş Qərargah rəisi sülhməramlıların Qarabağda fəaliyyətindən danışıb

Qarabağda sülhməramlı əməliyyat çərçivəsində Rusiya hərbçiləri humanitar məsələlərin həllinə köklənib.
TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov xarici ölkələrin Rusiyadakı hərbi attaşeləri ilə görüşdə deyib.
Nazir müavini bildirib ki, atəşkəs rejiminə nəzarət etməklə yanaşı, sülhməramlıların əsas səyləri regionda dinc həyatın bərpasına, eyni zamanda, humanitar məsələlərin həllinə yönəlib.
Onun sözlərinə görə, bura ərazilərin və obyektlərin minalardan təmizlənməsi, saxlanılanların geri qaytarılması, müharibədə həlak olanların meyitlərinin axtarışı, humanitar yüklərin çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi daxildir və Rusiya hərbçiləri Qarabağda sülhməramlı tapşırıqları yerinə yetirməyə davam edir: “Bir ildən artıqdır ki, qanlı müharibəni dayandırmaq, regionda sülhün bərqərar olması üçün şərait yaratmaq mümkün olub. Gərginliyi azaltmaq və atəşkəs rejiminə riayət etmək üçün Rusiya sülhməramlıları ərazidə nəzarət postları yaradıb və patrul xidməti təşkil ediblər”.
V. Gerasimov xatırladıb ki, atəşkəs rejiminə nəzarət üçün bu ilin əvvəlindən Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir.