• 19 Mart 2024
logo
"Bu gün Ermənistanı bir daha darmadağın etdik"

"Bu gün Ermənistanı bir daha darmadağın etdik" - Tural İsmayılov

"Ermənistanın sentyabrda Azərbaycan əleyhinə bu qaldırdığı iddialar əsasında BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin iclası keçirilib" . Bunu xalqcəbhəsi.az - a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq deyir ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib: "Bundan başqa, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları da təmin olunmayıb.
Bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.
Məhkəmə, həmçinin, Ermənistanın irqi düşmənçiliyi qızışdırması və təbliğ etməsi ilə bağlı azərbaycanlılara dəyən zərərin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edib".
Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, irqi düşmənçiliyin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, - məhkəmə qərarında bildirilir".
T. İsmayılov bu gün Ermənistanı bir daha darmadağın etdik"-deyə əlavə edib: "Bu Azərbaycanın növbəti qələbəsi, Ermənistanın isə fiaskosudur".
Əli