• 19 Mart 2024
logo
Zəngilan şəhərinin işğaldan azad olunması

Zəngilan şəhərinin işğaldan azad olunması

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlıqüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonraZəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, ŞərqdənCəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslamRespublikası, qərbdən isə Ermənistanın Mehri və Qafanrayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyiərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatıistiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalıfəaliyyət göstərirdi.

​. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsizamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılrayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibatihüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan SilahlıQüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azadedilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləriSərhəd Qoşunlarının Komandanlığı altında aparıldı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinsərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsiuğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsiigidlik və şücaət nümayiş etdirmiş Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azadolunmasına görə” medalı ilə təltif olunmuşdur.

2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevvə birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuşZəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilanşəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonraZəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılanbütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələrregionun sosial-iqtisadi inkişafında çox mühüm roloynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbərolunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinciqrup keçmiş köçkünlər yerləşəcək.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri HeydərƏliyev Fondu tərəfindən icra olunur. Zəngilanın azad olmasıhəm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağınınerməni vandalizmindən azad olması demək idi. Barbar həyattərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağınınqədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildənümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan başdaolmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azadolmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrinimüharibənin ilk günlərindən qələbəyə kökləmişlər. Zəngilanuğrunda gedən döyüşlərdə şəhid olmuş Xüsusi TəyinatlıQüvvələrin giziri Xudayar Yusifzadənin dilindən oxunan “Vətənyaxşıdır” mahnısında da bu həqiqəti gözlərimizlə görürük. Sevindirici haldır ki, Zəngilanın işğal tarixi onun azad olmatarixi ilə əvəz olunmuş, Qələbə ruhlu 20 oktyabr 2021 tarixişərəf və qürur tariximizə çevrilmişdir.

Ayşəm Həsənova

86 saylı tam orta məktəbin tarix müəllimi