• 1 İyul 2025
logo
MSK: Buraxılmış məntəqə seçki komissiyalarının üzvləri seçki komissiyasının üzvü ola bilməz

MSK: Buraxılmış məntəqə seçki komissiyalarının üzvləri seçki komissiyasının üzvü ola bilməz

“Ötən iclasda 125 dairə seçki komissiyasını formalaşdırdıq”.
Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, artıq DSK-nın katibləri seçilib və fəaliyyətdədir: “Növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır. Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış məntəqə seçki komissiyalarının üzvləri heç bir seçki komissiyasında üzv kimi iştirak edə bilməzlər. Buraxılmış seçki komissiyalarının üzvlərinin siyahısı DSK-lara göndərilməlidir ki, bu, nəzərə alınsın”.