• 28 Noyabr 2020
logo
Ruhani: İranın Azərbaycanla münasibətləri ötən 6 il ərzində çox yaxınlaşıb

Ruhani: İranın Azərbaycanla münasibətləri ötən 6 il ərzində çox yaxınlaşıb

Dost və qonşu Azərbaycanla münasibətlər İran üçün xüsusi əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Azərbaycana səfər etməzdən öncə Tehranda deyib.
H.Ruhaninin sözlərinə görə, İranın Azərbaycanla münasibətləri ötən 6 il ərzində çox yaxınlaşıb.
İran Prezidenti əlavə edib ki, Xəzər dənizi, neft və qazın kəşf olunması və çıxarılması sahəsində, eləcə də nəqliyyat sahəsində birgə fəaliyyətlərə başlanılıb.
H.Ruhani deyib ki, bu tranzit yolu Azərbaycan, Rusiya, Avropa, Qafqaz və bu yolda yerləşən ölkələrlə İranın əlaqələri üçün çox önəmlidir.
O, İranın Azərbaycanla sənaye, əczaçılıq, tibb və elmi sahələrdə də çox yaxşı münasibətlərinin olduğunu deyib.