2-3 oktyabrda Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene¬ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo¬şun¬ları¬nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər¬hə¬dində yerləşən sərhəd döyüş məntəqə¬lə¬rin¬in xidmə¬ti-döyüş fəa¬liy¬yətini yox¬la¬yıb.
DSX-dən verilən məlumata görə, son günlərdə xid¬¬mə¬ti əra¬¬zidəki əməliyyat şəraiti, Ermənistan Si¬lahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi¬nin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlə¬nilib, dövlət sərhə¬dinin müdafiəsi və mühafizəsi üzrə xid¬məti fəaliy¬yətin təkmilləş¬diril¬məsi, düşmənin təxribatlarının qarşı¬sının qətiy¬yətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndiril¬məsi barədə tapşırıqlar verilib.