• 18 Yanvar 2021
logo
Dövlət Komitəsi: İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır

Dövlət Komitəsi: İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır

“İsveçdə yandırılan restoran “Ağdam” restoranıdır, bununla bağlı Komitənin məlumatı var”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib. O bunun təxribat olduğunu bildirib.

“Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Sığorta şirkəti tərəfindən restorana dəymiş ziyan hesablanır. Hadisə barədə yeni məlumatlar olduqca, ictimaiyyətə çatdırılacaq", - deyə V. Vahidqızı əlavə edib.

Qeyd edək ki, ötən gün gecə saatlarında İsveçdə "Garabag" restoranın yandırılması ilə bağlı məlumat yayılmışdı. İlkin məlumata əsasən, hadisəni ermənilər törədib.