• 20 Aprel 2021
logo
Amerikalı analitik: Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması hərbi cinayətdir

Amerikalı analitik: Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması hərbi cinayətdir

Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması qəddar və qəbuledilməz taktikadır və hərbi cinayətdir, buna görə məsul rəsmi şəxslər sanksiyalara məruz qalmalı, məhkəməyə cəlb olunmalı və təzminat ödəməlidirlər.

Bunu amerikalı jurnalist və analitik İrina Tsukerman deyib.

Onun sözlərinə görə, Ermənistan bəyan edib ki, guya Azərbaycan tərəfindən dinc sakinlərin atəşə tutulmasına cavab olaraq bu addımları atır:

“Bununla belə, Ermənistan heç bir sübut təqdim etmir və qeyd edir ki, cavab olaraq mülki şəxslərə hücum etmək hüququna malikdir. Əgər müəyyən ölkə dinc sakinlərə hücum etməyə başlayırsa, bu, o deməkdir ki, həmin ölkə müharibəni uduzur və digər üsullarla qələbəyə yolu yoxdur”.

O qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərin mühüm hissəsi üzərində nəzarəti itirib:

“Məğlubiyyəti etiraf etmək simanı itirmək deməkdir. Buna görə də Ermənistan Azərbaycanın insan itkilərini çoxaltmaq üçün hərbi əməliyyatlarını gücləndirir və Bakıya növbəti uğurları qazanmağa mane olacaq beynəlxalq müdaxiləni cəlb etməyə çalışır. Hər kəs Ermənistanın fəaliyyətini olduğu kimi görməlidir və erməninin yalan axınına aldanmamalıdır”.