• 27 İyul 2024
logo
Zakir Həsənov Moskvaya gedəcək

Zakir Həsənov Moskvaya gedəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər sentyabrın 6-dək davam edəcək.